ŞAH DƏNİZ LAYİHƏSİ MƏRHƏLƏ 2

Şah-Dəniz yatağı Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən yüksək təzyiqli qaz-kondensat yatağıdır. Yatağın 21 km uzunluğu və 10 km eni var.
Şah Dəniz Mərhələ 1 (SD1) əməliyyat mərhələsinə 2006-cı ilin 4-cü rübündə əldə edimliş ilk qaz hasilatı ilə daxil olmuşdur. SD1, Alfa (SDA) Platforması vasitəsilə Şah –Dəniz mədənindən izolyasiya edilmiş fontan armaturaları vasitəsilə hasilat təmin edir. SD1 məhdudlaşdırılmiş rekonstruksiya imkanlarından əlavə, ilkin planlaşdırılmış 900 Mlnskfg istehsalı artırmaq üçün az imkanlara malik «müəyyənləşdirilmiş, müstəqil» istismar yatağıdır.
Şah Dəniz Mərhələ 2 (SD2) istismar yatağı sabit Şah Dəniz Bravo (SDB) platforma kompleksinə axın xətləri ilə bağlanmış sualtı manifoldlar silsiləsindən və əlaqədar quyu qruplarından ibarətdir. Manifoldlar yatağın istismar sahəsinin şimal, qərb və şərq cinahında yerləşdirilmişdir.
SDB platforma kompleksinə hal hazırda, quyu məhsuldarlığı mayeləri emal edilcək və sahil terminalına ayrica qaz və maye boruları vasitəsilə ixrac ediləcək Hasilat və Rayzer platforması (ŞDB-HR) və körpü ilə ŞDB-HR platformasına bağlanmış Yaşayış və Texniki Təchizat (ŞDB-YBTT) platforması daxildir.
SD2 istismar yatağına həmçinin Sanqaçal Terminalında sahil emal terminalının genişləndirilməsi daxil ediləcəkdir və Cənubi Qafqaz Borusu (CQB) qaz ixrac sisteminin genişləndirilməsinə ehtiyac olacaqdır. Şah Dəniz HPBS – ə CQB neftin emalı, saxlanılması və daşınması üzrə avadanlıqlar (Sanqaçal Terminalının neftin və qazın emalı, saxlanılması və daşınması üzrə avadanlıqları) daxil edilməmişdir və ayrıca CQB Genişləndirmə layihəsi (CQBK) kimi inkişaf etdiriləcəkdir və maliyyələşdililəcəkdir.

Şah Dəniz Mərhələ 2 Platfromaları hidratın idarə edilməsi seçiminə görə aşağıdakı kimi ümumiləşdirilir: ŞD Qərb (PPW) hissəsində Hasilat və Rayzer platforması (ŞDB-HR); körpü ilə ŞDB-HR platformasına bağlanmış Yaşayış bloklu Texnoloji Təchizat (ŞDB-YBTT) platforması.
ŞDB-HR və ŞDB-YBTT platformaları Xəzər dənizində AŞG 1, 2 və 3 –cü mərhələrində bir neçə dəfə ugurla tətbiq edilmiş konsepsiyanı davam etdirəcəkdir. Hər iki platforma AÇG Mərhələ 3 –də istifadə edilmiş körpüyə oxşar körpü vasitəsilə birləşdiriləcəkdir. Platfromalar barja vasitəsilə suya buraxılan 8 ayaqlı dayaq blokalrı üzərində dayanacaqdır. Bu dayaq blokları üst tikililərin Floatover metodu vasitəsilə quraşdlrılması üçün STB 1 Barjasının məkəzi kanal ilə keçməsinə imkan yaradan quruluşa malikdirlər. Üst tikilinin ilkin buruq gövdələri daha əvvəlki AÇG layihəsinin konfiqurasiyasını davam etdirəcək. Hər iki Üst Tikililər mövcud Nəqletmə Fermasının (LOF) üzərinə qaldırılacaqdır və STB-1 Barjasının üzərinə sürüşdürüləcəkdir.

ŞDB-HR platforması sualtı istismar yataqlarından axın xətləri qəbul edəcəkdir və qaz – kondensat üçün eksport xətlərinə, texnoloji avadanlıqlara və məşəl oxuna malik olacaqdır. Ümumilikdə ŞDB-HR Dayaq Bloku 16 ədəd rayzeri və 1 ədəd xidmət kessonunu dəstəkləyəcəkdir.
ŞDB-YBTT platforması yaşayış bloklarına, elektrik generatoruna və kommunal şəbəkəyə malik olacaqdır. Umumilikdə, ŞDB-YBTT dayaq bloku 3 ədəd j-borulu kessonlara, 7 ədəd xidmət kessonuna və 31 ədəd j-borularına dəstək verəcəkdir.
Bütün Təsisatlar üzrə layihə dövrü 30 ildir.

SD2 HASİLAT & RAYZERLƏR DAYAQ BLOKU (PR JACKET)

shahdeniz 2 cover

SD2 HASİLAT & RAYZERLƏR DAYAQ BLOKU (PR JACKET)

 

 

SD2 YBTT (Yaşayış və Texniki Təchizat) Dayaq Bloku (QU JACKET)
Planlaşdırılmış tarixdən 1,5 ay əvvəl –2017-ci ilin mart ayında tamamlanmışdır

SD2 YBTT (Yaşayış və Texniki Təchizat) Dayaq Bloku Planlaşdırılmış tarixdən 1,5 ay əvvəl –2017-ci ilin mart ayında tamamlanmışdır

SD2 YBTT (Yaşayış və Texniki Təchizat) Dayaq Bloku (QU JACKET)

 

 

Axının Dayandırılması Qurğularının (FTA) Yüklənməsi

3 FTA LOAD OUT web

Axının Dayandırılması Qurğularının (FTA) Yüklənməsi


DUAL SSIV (İkiçıxışlı Sualtı Izolyasiya Klapanı)

4 DUAL SSIV web

DUAL SSIV (İkiçıxışlı Sualtı Izolyasiya Klapanı)
Proyektlərə qayıt