Azəri-Çıraq-Günəşli (AÇG) Layihəsi

 20 sentyabr 1994-cü ildə Bakıda Azərbaycan və altı xarici ölkəni təmsil edən 11 beynəlxalq neft şirkəti arasında “Əsrin müqaviləsi” imzalandı. Bu müqavilədə Xəzər dənizinin Azərbaycan sektorundakı üç böyük neft yatağının – Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin işlənməsi nəzərdə tutulurdu.

Bu yatağın əməliyyatçısı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) adından çıxış edən BP şirkətidir. AÇG yatağı 6 hasilat platformasından (Çıraq 1, Mərkəzi Azəri, Qərbi Azəri, Şərqi Azəri, Dərinsulu Günəşli, Qərbi Çıraq) və 2 texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platformasından ibarət kompleksə malikdir. Layihə  4 əsas fazadan ibarətdir. Yatağın bir çox platforma və payalarının istehsalı ABƏŞ-in sifarişi əsasında “BOS Şelf” MMC tərəfindən həyata keçirilmişdir.  

 

FAZA 1

Mərkəzi Azəri Platforması
Planlaşdırılan vaxtdan 3 ay tez – 2003-cü ilin dekabr ayında başa çatdırıldı. Hasilat 2005-ci ilin əvvəllərində başlandı.

CA Jacket 2003
 
Kompressor və Suvurma Platforması
Planlaşdırılan tarixdən 8 ay tez – 2004-cü ilin avqust ayında başa çatdırıdı.
CWP Jacket 2004
 
 

FAZA 2

Qərbi Azəri Platforması
Planlaşdırılan tarixdən 2 ay tez – 2005-ci ilin may ayında başa çatdırıldı. Hasilat 2005-ci ilin dekabrında başlandı.
WA EA Jacket 2005

Şərqi Azəri Platforması
Planlaşdırılan tarixdən 4 ay əvvəl – 2005-ci ilin noyabr ayında başa çatdırıldı. Hasilata 2006-cı ilin sonlarında başlandı.

 

FAZA 3

Dərinsulu Günəşli –Qazma, Texnoloji Təchizat və Yaşayış (QTTY) Platforması 
Planlaşdırılan tarixdən 1 ay əvvəl – 2006-cı ilin oktyabr ayında başa çatdırıldı.

DCW DUQ Jacket 2006

Dərinsulu Günəşli – Texnoloji emal, kompressiya, suvurma və texnoloji təchizat platforması
Planlaşdırılan tarixdən 1 ay əvvəl – 2007-ci ilin may ayında başa çatdırıldı.

Hasilat 2008-ci ilin aprel ayında başlandı.

DCW PCWU Jacket 2007

 

FAZA 4

Qərbi Çıraq – Hasilat, Qazma və Yaşayış (HQY) platforması

2012-ci ilin oktyabr ayında başa çatdırılmışdır.

Çəkisi 18200 ton olmaqla BDÖZ ərazisində indiyədək inşa edilmiş ən böyük platformadır.

Hasilat 2014-cü il 28 yanvar tarixində başladı.

0935
Proyektlərə qayıt