About image 5

SƏTƏM İdarəetmə Proqramı

BOS Şelf Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf-mühit (SƏTƏM) sahəsində işini fasiləsiz və daimi təkmilləşmə istiqamətində aparır və öz strategiyasının məqsəd və hədəflərini aydın şəkildə müəyyən etmişdir. Bu məqsədlə müəyyən struktura malik SƏTƏM İdarəetmə Sistemi qurulmuş və uzun illər ərzində təkmilləşdirilmişdir.

İşçi qüvvəsinin davamlı şirkətin SƏTƏM fəaliyyəti barədə məlumatlı olması və bu fəaliyyətə cəlb edilməsini təmin etmək üçün bütün səviyyələrdə ən yaxşı təcrübələrdən və SƏTƏM İdarəetmə Sistemi vasitəsilə əldə olunmuş təcrübədən istifadə edərək SƏTƏM prosedurları və sistemləri hazırlanır.

SƏTƏM idarəetmə proqramı, SƏTƏM idarəetmə prinsiplərini sənədləşdirən çərçivə sənəd kimi tərtib edilmişdir ki, burada əməliyyatdan öncə və əməliyyat zamanı tələb olunan SƏTƏM tədbirləri təsvir edilir.

SƏTƏM Təminat Proqramı

SƏTƏM təminat proqramı illik əsasda tərtib edilir və mövcud SƏTƏM İdarəetmə Sisteminin tələblərinə uyğunluğunu müəyyən etmək üçün nəzərdən keçirilir.

Görülən iş əsas fəaliyyət göstəriciləri (ƏFG) əsasında qiymətləndirilir.

About image 6

Riskin Qiymətləndirilməsi

BOS Şelf hesab edir ki, Riskin Qiymətləndirilməsi istənilən tapşırıq və ya fəaliyyət ilə əlaqədar təhlükənin qiymətləndirilməsi üzrə ən səmərəli metoddur.

Verilən tapşırıq və ya işlə bağlı işçilərin xəsarət almasına, əmlaka və yaxud ətraf mühitə zərər dəyməsinə səbəb ola biləcək bütün potensial təhlükələr rəsmi şəkildə qiymətləndirilir və sənədləşdirilir.

Kimyəvi riskin qiymətləndirilməsi də eyni şəkildə hazırlanır və istənilən tapşırıq və ya iş zamanı istifadə edilən materiallara və maddələrə müvafiq olaraq əsaslandırılır.

Sertifikatlaşdırma

BOS Şelfin SƏTƏM İdarəetmə Sistemi “Bureau Veritas” tərəfindən OHSAS 18001 və İSO 14001 sertifikatları ilə təltif olunmuşdur.

Yüklənəcək fayllar