About 3 image

BOS Şelf MMC Azərbaycanın ISO 9001-2008, ISO 14001-2004 və OHSAS 18001-2007 üzrə sertifikatlaşdırılmış şirkətidir.

BOS Şelf 2001-ci ildən etibarən Xəzər dənizinin Azərbaycan sektorunda dənizdə və quruda müxtəlif qurğuların inşasını həyata keçirir və indiyədək 15000 t-dan 19000 t-dək ağırlğında olan 7 özülün və müvafiq sualtı quyu başlıqlarının quraşdırılması işini uğurla başa çatdırmışdır. Bu qurğular layihədə nəzərdə tutulduğundan tez və Şimal dənizi standartları səviyyəsində quraşdırılmışdır. “Kaşaqan Dəniz Genişlənməsi” (“Kashagan Marine Spread”), “Tək Nöqtəli Bağlama” (“Single Buoy Mooring”) layihələri üçün müxtəlif barja strukturları, eləcə də, yarımdalma dəniz qurğuları təchiz və ya təmir edilmişdir. BOS Şelf, hal-hazırda (2013-cü il) ABƏŞ “Brown” sahə işləri üçün zərbəyə davamlı qayıq çərçivəsi, ayırıcı, p-şəkilli boru və razyerlərin üzərində çalışır.

BOS Şelf müqavilələri inteqrə olunmuş idarəetmə sisteminə əsasən həyata keçirir. Bizim məqsədimiz, Xəzər dənizi ərazisində texniki üstünlük qazanaraq nüfuzumuzu artırmaq və müştəri razılığını əldə etməkdən ibarətdir.

2005-ci ildən bəri BOS Şelf idarəetmə sistemi “Bureau Veritas” tərəfindən sertifikatlaşdırılmışdır və davamlı olaraq təkmilləşmə istiqamətində işlər aparılır.

About image 4

Keyfiyyət İdarəetməsi

Bütün işlərin təhlükəsiz şəkildə başa çatdırılması və istehsal olunan məhsulların yüksək keyfiyyət standartlarına cavab verməsi BOS Şelf üçün hər zaman ilkin məqsəd olaraq qalır. Buna nail olmaq üçün BOS Şelf elə imkanlar təklif etməlidir ki, bu müştərilərin tələb və ümidlərini doğrultsun və müvafiq milli və beynəlxalq keyfiyyət standartları, spesifikasiyalarına uyğun gəlsin.

Bu məqsədlərə çatmaq məqsədilə BOS Şelf şirkətində işlərin təşkilində keyfiyyətə təsir göstərən texniki, inzibati və insan amilləri hər zaman nəzərə alınır. Bu isə öz növbəsində, keyfiyyətdə olan qüsurların azaldılması, aradan qaldırılması və qarşısının alınmasında mühüm rol oynayır.

KİS üzrə aparılan mütəmadi baxış və təftişlər Keyfiyyətin İdarəetmə Sisteminin davamlı uğurunun göstəricisidir.

Yüklənəcək fayllar