İş prosesi zamanı komandamız

BOS Şelf MMC
DÜNƏN, BUGÜN VƏ GƏLƏCƏKDƏ

BOS Şelf MMC Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) məxsus şirkətdir. 2001 – ci ildən bəri biz beynəlxalq və yerli sifarişçilər üçün Dayaq Blokları (ən böyüyü 18, 000 ton olmaqla), əlavə olaraq Üst Tikililər, Sualtı İnfrastruktur, Paya Dəstləri və Dayaq Tavaları inşa etmişik. Əlavə olaraq, dəniz əməliyyatlarına dəstək olaraq Buruq Platformalarının və Daşınma Barjasının, Sahil Emal zavodunun MTT – nin və Təchizat Bazalarının Fəaliyyətinin təkmilləşdirilməsi layihələri müvəffəqiyyətlə həyata keçirilmişdir.

Təhükəsizlik və Keyfiyyət

BOS Şelf aşağıdakı beynəlxalq akkreditasiyaları əldə etmişdir:
Layihə, istehsal, quraşdırma, yığma və dəniz qurğularının hazırlanması, quraşdırılması və layihəsinin hazırlanması xidmətləri üzrə OHSAS 18001:2007, ISO 14001:2004 and ISO 9001:2008 sertifikatlarına malikdir.  Texniki nəzarət vasitələrinin (gəmilər, korpus strukturu, gəmi avadanlığı, boru xətləri, gəminin yükləmə boşaltma mexanizminin metal konstruksiyaları) dəyişdirilməsi, modernizasiyası və təmiri üzrə RMRS 2201 4000 sertifikatı.
Bu akkreditasiyalar bizim Təhlükəsizlik və Keyfiyyət üzrə öhdəliklərimizi nümayiş etdirir.
Layihənin idarəedilməsi

Böyük Layihələr Təhlükəsizlik, Keyfiyyət, Mühəndislik, Planlaşdırılma, Kontrakt Administrasiyası və Tikintinin İdarəedilməsini təmin edən xüsusi Layihə İdarəetmə Qrupunun cəlb ediməsi ilə həyata keçirilmişdir. Bu işçi qruplar Layihənin specifikasiyalarını əks etdirmək üçün təşkil edilmişdir. Bundan başqa, İR, Mühəndislik, Təchizat və Hüquq sahələri üzrə bizim mərkəzləşmiş dəstəyimiz mövcuddur. Bizim işçi qruplarımız Böyük Neft və Qaz Layihələrininin həyata keçirilməsi üzrə geniş təcrübəyə malik çoxmillətli işçi qruplarıdır.

İş prosesi zamanı komandamız

İşçi qüvvəsi

BOS Şelf 2200 nəfər işçi qüvvəsinə (istehsalat sahəsində faəliyyət göstərən işçilər, qaynaqçılar, qoşucular, anbar işçiləri, elektrik sahəsində fəaliyyət göstərən işçilər, quraşdırıcılar, kran operatorları və avadanlıq operatorları) və 400 nəfər ofis heyətinə (təhlükəsizlik, SƏTƏM, layihə idarəetməsi, mühəndislik, mühasibatlıq, İnsan Resursları və kommersiya) malikdir. Bundan əlavə bizim logistika üzrə 300 nəfər işçi və 170 nəfər ofis heyətimiz var. Bu işçi qüvvəsi bizim əsas fəaliyyət sahələrimizi əhatə edir və onların bacarıq səviyyəsini inkişaf etdirməmiz üçün bizim geniş təlim təsisatlarımız və bacarıqların inkişaf etdirilməsi proqramlarımız mövcuddur. Bizim işçi qüvvəmiz tələb olunan taxtabənd işləri, rəngləmə, elektrik sahəsi üzrə işlər, yoxlama-ölçmə çihazları və hidravlika sahəsi, dağıdıcı olmayan test üzrə sub-podratçı mütəxəssislərlə tamamlanmışdır.

Təsisatlar

BOS Şelf tərəfindən icarəyə götürülmüş Bakı Dərin Özüllər Zavodu (BDÖZ) Xəzər dənizində ən böyük tikinti təsisatıdır (220 hektar). Təsisata geniş sexlər (bükmə, istehsal öncəsi, istehsal, quraşdırma, rəngləmə) yanalma körpuləri (ağır yüklərin qaldırılması və barjaya yükləmə də daxil olmaqla), anbarlar, maddi-texniki təminat bazaları və bunları dəstəkləmək üçün lazım olan avadanlıqlar və 1350 tona qədər ağır yük qaldırma qabiliyyətli tırtıllı kranlar daxildir.  
Son zamanlarda, biz poliuretan ortüklərin tətbiqi üçün Ortükləmə Sexi, qalın divarlı inkonel qaynaq texnologiyası və əlaqədar fazalı ultrabənövşəyi test texnikasını inkişaf etdirmişik.

Yüklənəcək fayllar