Biz işçilərimizin qayğısına qalmağın nə qədər önəmli olduğunu anlayırıq və onların inkişaf etmələrinə yardım etməyi özümüzə borc bilirik. Onların karyeralarını davam etdirməklə  yanaşı əhatəli təlim və idarəetmə proqramlarına cəlb olunması bizim uğurumuzun sirridir.

Biz işçilərimizin inkişafına çalışaraq, yüzlərlə peşəkarlara Şirkət tərəfindən təklif olunan bütün sahələr üzrə təlimlər keçirir və öyrədirik. İşçilərin təlimi bizim üçün əsas məsələdir. Hesab edirik ki, bizim bugünkü və gələcək uğurlarımıza zəmanət verən məhz bizim işçilərimizdir.

BOS Şelfə qoşularaq siz hər birinin uğurlarımızda əhəmiyyətli rolu olan, ümumi sayı 3 000-dən çox insandan ibarət bir komandaya üzv olacaqsınız. Biz işimizi daha da yaxşı yerinə yetirməkdə bizə və sifarişçilərimizə yardım edəcək və işini gözləniləndən daha yaxşı icra etməyə, eyni zamanda BOS Şelf-də öz karyera və bacarıqlarını təkmilləşdirmək bacarığına malik savadlı və məsuliyyətli kadrlar axtarırıq.

Bütün dünyada müxtəlif fəaliyyət sahələrimiz üzrə mövcud imkanlar vasitəsilə biz məqsədlərimizə nail olmaqda bizə kömək edəcək insanlarla görüşmək arzusundayıq. Karyeranızın BOS Şelf-də inkişafı üçün bundan yaxşı vaxt ola bilməz.

CV/rezumelərinizi HR.Internal@bos-shelf.com ünvanına göndərin.