ÖLKƏNİN İCMALI

Şərqdə Xəzər dənizi, şimalda isə Böyük Qafqaz dağ silsiləsi ilə əhatə olunan Azərbaycan Respublikası cəmi 86,600 kv. km əraziyə malikdir. Gürcüstan, Rusiya, Türkiyə, İran və Ermənistan ilə həmsərhəd olan Azərbaycan uzun illər boyunca regionun neft sənayesinin mərkəzi olmuşdur.

9 milyondan artıq əhaliyə malik olan Azərbaycanın əhalisinin əksər hissəsini gənclər təşkil edir və əhalinin təxminən 23,8 faizini 15 yaşdan kiçik olan insanlar, cəmi 9,3 faizini isə təqaüd yaşında olan insanlar təşkil edir.

Xalqların köçü və hərbi yürüşlərin marşrutlarının kəsişməsində yerləşən Azərbaycan bir sıra işğala məruz qalmış və bir neçə böyük dövlətin, məsələn Ərəb Xilafətinin, Səlcuq Türkləri, Fars Səfəviləri və Çar və Sovet Rusiyası dövlətlərinin bir hissəsi olmuşdur.

Azərbaycan 19-cu əsrin əvvəlindən 1918-ci ilə qədər Rusiya İmperiyasının bir hissəsi olmuş, 1918-20-ci illərdə müstəqil demokratik dövlət və regionun az yaşamış olsa da ilk dünyəvi demokratik dövləti olmuş, 1922-1991-ci illərdə Sovet İttifaqının bir hissəsi olmuş, sonra isə, 18 oktyabr 1991-ci ildə Azərbaycan öz müstəqilliyini bəyan etmişdir. 12 noyabr 1995-ci ildə müstəqil Azərbaycanın konstitusiyası qəbul edilmiş və ölkə miqyaslı referendumda bütün əhali tərəfindən dəstəklənmişdir.

SOSİAL İCMAL

1980-ci illərin sonunda və 1990-cı illərin əvvəlində Azərbaycan Sovet İttifaqının süqutunu və iqtisadi böhran, sonra isə qonşu Ermənistanla dağıdıcı müharibə yaşamışdır. Bu iqtisadi böhranın nəticələri ciddi olmuşdur; 1995-ci ildə ÜDM müstəqillik qabağı, 1990-cı il səviyyəsinin cəmi 42 faizini təşkil etmişdir.

İşsizlik kütləvi hal almışdır: ümumi 8 milyonluq Azərbaycanlı əhalinin təxminən bir milyonu Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri tərk etmiş qaçqınlar və məcburi köçkünlər idi, daha 2 milyonu isə iş tapmaq üçün əsasən Rusiyaya mühacirət etmişdi.

Bu vəziyyət “Əsrin müqaviləsinin” imzalanması ilə birlikdə dəyişdi, həmin müqavilə dövlətə böyük neft gəlirləri gətirməklə yanaşı, həm də Azərbaycan özəl sektorunun böyük hissəsinin dünyanın böyük neft-qaz xidmətləri şirkətləri ilə əməkdaşlıq etməklə özünü yenidən qurması üçün imkan yaratdı.

İqtisadi sabitliyə zəmanət vermək və müxtəlif sahələrdə, o cümlədən nəqliyyat, kənd təsərrüfatı, sənaye, təhsil və sosial xidmətlər sahələrində böyük layihələr həyata keçirmək məqsədilə Azərbaycan iqtisadiyyatının müxtəlif sektorlarının inkişafına xüsusi diqqət yetirilmişdir.

Hazırda 4,3 milyonluq işçi qüvvəsi hələ də əsasən kənd təsərrüfatı sahəsində fəaliyyət göstərir (38%), lakin beynəlxalq şirkətlərlə bağlanmış ondan artıq neft hasilatının bölgüsü sazişi (HBS-ləri) və məşğulluq səviyyəsinin yüksəlməsi və Azərbaycanın təbii ehtiyatlarının xarici şirkətlər tərəfindən işlənməsinin davam etdirilməsi sayəsində sənaye və inşaat sahəsində məşğulluğun faiz nisbəti (13%) artmaqdadır.

Əhali şəhər və kənd əraziləri arasında bərabər surətdə bölüşdürülmüşdür, əhalinin 53,9%-i kiçik və böyük şəhərlərdə yaşayır.

Azərbaycan dini icmaların sülhpərvər birgə yaşayışının uğurlu nümunəsidir.

Əsasən müsəlmanlar tərəfindən (əhalinin 93%-i) məskunlaşdırıldığına baxmayaraq ölkə ənənəvi olaraq müxtəlif etnik qrupların, dini və mədəni ənənələrin vətənidir (əsasən rus pravoslav 2,5 %, erməni pravoslav kilsəsi 2,3%, katolik kilsəsi).

İQTİSADİYYAT VƏ ENERGETİKA İCMALI

Azərbaycan qədim dövrlərdən bəri özünün neft və təbii qaz mənbələri ilə məşhur olmuşdur. Bakı dünyanın ən qədim neft yatağının yerləşdiyi yerdir. Sənaye üsulu ilə ilk neft hasilatı əməliyyatı Azərbaycanda, 19-cu əsrin sonunda həyata keçirilmişdir və Azərbaycan dünyanın ən böyük neft ölkəsinə çevrilmişdir.

Ölkə mühüm neft ehtiyatlarına və 9 iqlim zonasından ibarət geniş təbii rəngarəngliyə arxalanan əhəmiyyətli kənd təsərrüfatı potensialına malikdir.

1994-cü ildən bəri Azərbaycan Respublikasının Dövlət neft şirkəti (ARDNŞ) 28 hasilat bölgüsü sazişi imzalamışdır, həmin sazişlərdən birincisi olan və “Əsrin müqaviləsi” adı ilə tanınan, 1994-cü ilin sentyabrında imzalanan saziş Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsinə aid olmuş və dənizdə 432 kvadrat kilometr sahədə podrat işlərini əhatə etmişdir. AÇG yatağı dünyanın 20 ən böyük neft yatağının siyahısında üçüncü yeri tutmuşdur.

AÇG yatağından gündəlik neft hasilatı 900.000 bareldən çoxdur. Növbəti 30 il ərzində Azərbaycanın neft hasilatının son 130 ildə hasil edilmiş barellərin miqdarını ötüb keçəcəyi gözlənilir.

Azərbaycan bu yaxınlarda dünya energetika bazarına daxil olmuş güclü qaz ixracatçısı qismində fəaliyyət göstərir. Şah Dəniz (ŞD) hasilat bölgüsü sazişi (HBS) 1996-cı ilin oktyabrında imzalanmış və dənizdə təxminən 800 kv. km sahədə yerinə yetiriləcək podrat işlərini əhatə etmişdir. Şah Dənizdən və digər uğurlu istismar yataqlarından hasil edilən böyük qaz həcmləri Avropaya ixrac olunur.

Bütün bu müqavilələr Azərbaycana qoyulan yeni sərmayələrin sürətli artımını təmin etməyə kömək edir.

Hazırda Azərbaycan 2000-ci ildən 10%-dən çox illik iqtisadi artıma malik olmaqla Mərkəzi Asiyada hasil edilən neftin və qazın sabit surətdə dünya bazarlarına ixrac edilməsi üçün çox etibarlı tranzit ölkəsi hesab olunur. 2009-cu ildə Azərbaycanın ümumi daxili məhsulu 9,3% artdı, 2010-cu ildə isə bu artımın 9,8% olacağı proqnozlaşdırıldı.

Cənub-şərqi Avropanı Mərkəzi Asiya və Xəzər dənizi kimi getdikcə artan əhəmiyyətə malik olan nəhəng regionlarla birləşdirən Azərbaycan Cənubi Qafqazda ən böyük olan və ən yüksək sürətlə inkişaf edən iqtisadiyyata malikdir.

EKOLOJİ CƏHƏTLƏR

Hazırda Azərbaycan ciddi ekoloji problemlərlə üzləşmişdir. Bütün regionda torpaq Sovet dövründə pambıq becərilməsində istifadə olunan dixlordifenildixloretan (DDT) və zəhərli defoliantlarla çirkləndirilmişdir. Brakonyerlər tərəfindən həddindən çox balıq tutulması dünyanın qara kürü təchizatının əksər hissəsini təmin edən Xəzər nərə balığı ehtiyatlarının sağ qalıb yaşamasına təhlükə törədir. Bundan əlavə, Xəzər neft və neft kimyası sənayeləri də hazırkı hava və su çirklənməsi problemlərinin yaranmasına öz töhfəsini vermişdir.

Neft rifah mənbəyi olduğu halda, təbiət də həyat mənbəyidir. Azərbaycanda ekoloji problemlərin yaşı neft hasilatı tarixinin uzunluğuna bərabərdir. XIX əsrin sonunda və XX əsrin əvvəlində neftin hasilatı, saxlanması, nəql və emal edilməsində primitiv texnologiyaların istifadə olunması torpaqların, göllərin və kiçik gölməçələrin neftli və şlamlı su ilə çirklənməsinə səbəb oldu. Xəzər dənizinin sahilində və sularında neftin hasil edilməsi ilə birlikdə açıq fəvvarə üsulunun tətbiq edilməsi başlandı, tullantı suları və qazma mayeləri 60 ilə yaxın müddət ərzində dənizə axıdıldı və ekologiyaya mənfi təsir göstərdi. Dənizin dibinə batmış köhnə və paslanmış metal konstruksiyalar daha bir çirklənmə mənbəyinə çevrilmişdir.

Xəzər dənizinin Azərbaycan sektorunda kəşfiyyatdan nəql etməyə və emala qədər neft hasilatı ekologiyaya təhlükə törədir.

Neft sənayesi ilə əlaqədar olan fəal maddələr bioloji proseslərə ziyan vura bilər, ağır ekoloji və iqtisadi nəticələrə səbəb ola bilər. Bu səbəbdən Azərbaycan hökuməti uzun illər ərzində yığılmış ekoloji problemlər əleyhinə tədbir görmüş və milli ekologiya proqramını həyata keçirmişdir.

1996-cı ildə Azərbaycan hökuməti Azərbaycan Respublikasının Ekoloji təsir qiymətləndirməsi (ETQ) icrasının normalarını qəbul etmişdir (BMT İP /Dövlət ekologiya komitəsi, 1996-cı il). Ekologiyanın mühafizəsi qanununa uyğun olaraq hazırda ETQ ekologiyaya təsir göstərmək potensialına malik olan bütün layihələr üçün icbaridir. Bundan əlavə, 1999-cu ildə qəbul edilmiş Ekoloji mühafizə qanununda təbiət mühafizəsinin əsas qaydaları bəyan olunur, ekoloji monitorinqin məqsədləri müəyyən edilir və təhlükəli fəaliyyətlərə dair ekoloji sığorta təyin edilir. 2003-cü ildə təsdiq edilmiş Milli ekologiya planı bütün mövcud ekoloji problemləri əhatə edir.

2010-cu ilə qədər Dövlət tərəfindən qorunan ərazi 478,00 hektardan 876, 200 hektara qədər artmışdır, bu isə, Azərbaycanın ümumi ərazisinin 10%-indən çoxdur. Meşə bərpası və ağac əkmə işləri quru ərazinin 70.000 hektarını əhatə etmişdir. Mərkəzi kanalizasiya sisteminin yenidən qurulması, kanalizasiya sularının yerləşdirilməsi qurğularının təkmilləşdirilməsi və yeni qurğuların inşa edilməsi böyük layihələr həyata keçirilir.

Azərbaycan həm də 1998-ci ildə Xəzər hövzəsi ölkələri və beynəlxalq təşkilatlar (BMT İP, BMT EP, Dünya Bankı, Aİ fəaliyyətə yardım təşkilatı və Dünya ekologiya fondu) tərəfindən birgə qəbul edilmiş “Xəzər ekologiya proqramı” adlı neft sənayesi proqramında fəal surətdə iştirak edir. Bu proqramı qəbul etməkdə məqsəd Xəzər dənizinin və onun sahilyanı ekosistemlərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması naminə sahilyanı ölkələrin birgə fəaliyyətini və əməkdaşlığını inkişaf etdirməkdir.

Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2006-cı ildə imzaladığı Abşeron yarımadasında ekoloji vəziyyətin yaxşılaşdırılması haqqında fərmana uyğun olaraq Dövlət ekologiya proqramı (DEP) həyata keçirilmişdir və o, əsasən Bakı şəhərinin ətrafında və Abşeron yarımadasında 10.000 hektardan çox neftlə çirklənmiş torpağın təmizlənməsinə və bərpasına yönəldilən hərtərəfli tədbirləri ehtiva etmişdir. Bu proqramın həyata keçirilməsi ARDNŞ-nin və müxtəlif nazirliklərin iştirakını ehtiva edir.

BOS Şelf şirkəti on ildən çoxdur ki, Azərbaycanda əməliyyatlar həyata keçirir. İşə götürmə və təchizatçılar baxımından yerli fəaliyyət məzmununun maksimal dərəcədə genişləndirilməsi BOS Şelf şirkətinin Azərbaycanda davamlı inkişaf və əməli biznes nəzəriyyəsinin əsas cəhətlərindən biri olmuşdur. Həmin nəzəriyyədə əsas diqqət BOS Şelf layihələrinin xərclərinə müsbət təsir göstərən və ümumi risk ehtimallarını azaldan yerli və xarici şirkətlərlə, sifarişçilər və təchizatçılarla davamlı münasibətlərin inkişaf etdirilməsinə yönəldilir.

Yerli təchizatçılarla və subpodratçılarla səmərəli əməkdaşlıq edən şirkətin bu davamlı biznes yanaşması ölkəyə sosial sahədə əhəmiyyətli faydalar verir və əsasən işə düzəlmə imkanları yaratmaqla yerli icmaların inkişafına çox böyük töhfə verir. BOS Şelf şirkəti regionda uzun müddətli bir dəyərin yaradılması məqsədinə nail olmaqda yerli icmalarla və hakimiyyət orqanları ilə sıx və məhsuldar əməkdaşlıq etmək əzmindədir.

DAVAMLILIQ GÖSTƏRİCİSİ

Kadr idarəetməsi

Əmək intizamı qaydalarına uyğun olaraq kadrların idarə olunması işçilər üçün mühüm həvəsləndirmə amili olaraq bütün təşkilatda qarşılıqlı etimad abu-havası yaratmaqla ədalətli heyət idarəetməsinin, vicdanlılığın, səmimiyyətin və dürüstlüyün nümayiş etdirilməsi kimi faydalı cəhətə malikdir. Bu, qaydalı idarəetmə və əzmkar heyət kombinasiyası şirkət daxilində yenilikçi üsulların tətbiqi və məhsuldarlığın yüksəlməsi ilə nəticələnir.

BOS Şelf şirkətinin işə götürmə strategiyası əsasən tədricən əcnəbiləri əvəz edəcək yerli kadrların işə götürülməsinə və təlimləndirilməsinə yönəldilir. Təlim biznes mədəniyyətinin əsas ünsürlərindən biridir, çünki o, aşağıda göstərilən məziyyətləri sayəsində şirkət üçün əhəmiyyətli rəqabət üstünlüyü yaradır:

  • əsas işçi heyətin hazırlığının gücləndirilməsi;
  • yerli fəaliyyət məzmununun məqsədlərinin həyata keçirilməsi;
  • SƏTƏM standartlarının yerinə yetirilməsi və şirkətin texniki təhlükəsizlik mədəniyyətinin möhkəmləndirilməsi;
  • Layihələrin əməliyyatlar üçün lazım olan texnologiyalar və bacarıqlarla təmin edilməsi;
  • Böyük layihələr üzrə tenderlərdə uğur qazanılması

Yerli fəaliyyət məzmununda aşağıda göstərilənlər təsdiqlənir:

  • Azərbaycanda yerli icmaların iqtisadi inkişafına kömək etmək məqsədilə yerli hökumətin və hakimiyyət orqanlarının tələblərinin yerinə yetirilməsi;
  • İnşaat xərclərinin azaldılması və biznesin genişləndirilməsi;
  • Şirkət biznesinin davamlı olması üçün zəruri olan bacarıqların çatışmazlığının aradan qaldırılması.

BOS Şelf həmişə layihə üzrə tələb olunan standartlar səviyyəsində, sifarişçinin və bazarın tələblərinə uyğun olaraq yerli heyəti təlimləndirmək əzmində olmuşdur. Bu tələblərə riayət etmək məqsədilə BOS Şelf şirkətinin təlim mütəxəssisləri əməliyyat menecerləri və supervayzerlərlə əməkdaşlıq şəraitində üzləmə, qaynaqlama, sazlama, quraşdırma, inşaat və texniki yoxlama kimi müxtəlif ixtisaslaşma sahələrini əhatə etmək məqsədinə uyğunlaşdırılmış təlim proqramlarını həyata keçirirlər. Təlim müddəti bitdikdən sonra bütün uğurlu stajorlar səriştə şəhadətnaməsi alır. Bundan əlavə, yerli işçi heyətin qabiliyyətləri və bacarıqları fasiləsiz texniki proqramlar və təlimlər vasitəsilə daha da təkmilləşdirilir. Ən gur fəaliyyət illərində BOS Şelf hər il 400 işçini təlim proqramlarına cəlb edirdi və bu cür təlim saatlarının illik miqdarı 85.000-dən çox olurdu. Bütün şöbələr bu məşğələlərdə iştirak edirdi və bu məşğələlər idarəetmə, texniki təlimlər, texnologiya və dillər kimi mövzuları əhatə edirdi.

Şirkət əsasən öz işçilərini beynəlxalq standartlara uyğun olaraq texniki cəhətdən təlimləndirmək əzmindədir, buna görə də təlim proqramları quraşdırıcı, qaynaqçı və çilingərlərin ixtisas dərəcələrinin BOS Şelf şirkətinə məxsus quraşdırma meydançasında yaradılmış və fəaliyyət göstərən ixtisaslaşdırılmış təlim məktəblərində yüksəldilməsini və təkmilləşdirilməsini ehtiva edir.

  1. Bir ildə 360 qaynaqçıya təlim verməyə qadir olan bir qaynaq təlimi mərkəzi.
  2. Bir ildə 900-ə qədər gənc çilingərə təlim verməyə qadir olan bir çilingər təlimi mərkəzi.
  3. Multimedia cihazları ilə tam təchiz edilmiş bir təlim otağı.
  4. Heyətin və işçi qüvvəsinin ixtisas dərəcəsinə yiyələnməsi və daim təkmilləşməsi məqsədilə tədris edilən 60 təlim proqramı.
TEXNİKİ TƏHLÜKƏSİZLİK

“Əmək təhlükəsizliyindən keyfiyyətə doğru”
BOS Şelf şirkətinin şüarı

İnsan resursları BOS Şelf şirkətinin ən mühüm sərvətidir və bu səbəbdən sağlamlıq və əməyin təhlükəsizliyi məsələləri həmişə onun bütün biznes fəaliyyətində çox böyük əhəmiyyət kəsb edir. Belə ki, şirkət fəaliyyətə başladığı ilk gündən etibarən məsuliyyətlilik dərəcəsindən asılı olmayaraq, SƏTƏM məsələlərini tam həll etmək əzmində olmuşdur.

Yalnız sağlamlıq və əməyin təhlükəsizliyi qanunvericiliyinə riayət etmək üçün deyil, həm də ərazidə həyata keçirilən əməliyyatlar zamanı istehsalat qəzaları nəticəsində baş verə biləcək bədən xəsarətləri, xəstəliklər, zədələr və itkilərin qarşısını almaq, təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq məqsədilə SƏTƏM idarəetmə sistemi işlənib hazırlanmışdır.

SAĞLAMLIQ

BOS Şelf şirkəti bütün işçiləri üçün tibbi sığorta təmin edir. İstehsalat ərazisində bütün lazımi avadanlıqlarla, təcili tibbi yardım maşınları və dərmanlarla təchiz edilmiş və 24 saat ərzində xidmət göstərən tibbi yardım məntəqəsi mövcuddur. Şirkət həmçinin işçilər üçün ilkin tibbi yardım təlim və məşğələləri həyata keçirir.

EKOLOGİYA

BOS Şelf şirkətin standartlarına, Azərbaycan qanunvericiliyinə və sifarişçilərin ekoloji tələblərinə tam şəkildə cavab verən ekoloji proqramlar hazırlamışdır.

BOS Şelf ekologiyanın mühafizəsi sahəsində cəmiyyət qarşısında daşıdığı məsuliyyəti tam dərk edir, belə ki, o, öz SƏTƏM strategiyasında ekologiyanın mühafizəsi və qorunması sahəsində ən yüksək standartlara nail olmaq əzmini ifadə edir. Şirkətin ekoloji idarəetmə sistemi üçüncü şəxs tərəfindən beynəlxalq ISO 14001; 2004 “Ekoloji idarəetmə sistemi” standartı üzrə sertifikatlaşdırılmışdır.

Tullantıların idarə olunması

BOS Şelf şirkətinin tullantıların idarə olunması strategiyası tullantıların qarşısının alınması, onların minimuma endirilməsi və təkrar istifadə yolu ilə tullantı hasilatını azaltmaqdan ibarətdir. BOS Şelf tullantıların idarə olunması üzrə aşağıda göstərilən əsas tədbirləri özündə əks etdirən proqram işləyib hazırlamışdır:

  • Tullantıların idarə olunması iyerarxiyasına uyğun olaraq tullantı növlərinin idarə olunması;
  • Özünü doğrultmuş tullantı podratçıları ilə əməkdaşlıq;
  • Bütün işçi heyətin tullantıların qarşısının alınması/minimuma endirilməsi /təkrar istifadəsi və sortlaşdırılması imkanları üzrə təlimatlandırılması;
  • Tullantıların qarşısının alınması/minimum endirilməsi və ya təkrar istifadəsi mövzusunda yeni imkanları müəyyən etmək məqsədilə tullantı fəaliyyətlərinin müntəzəm qaydada nəzərdən keçirilməsi
  • İşçi qüvvəsinin tullantıların azaldılması strategiyalarına riayət etməsinin yoxlanması.

Xüsusilə, iş ərazisindəki əsas heyətə tullantıların qanunvericiliyə uyğun sortlaşdırmasına və layihə əsnasında hasil olan tullantı növlərinə; sortlaşdırma, rəng kodlaşdırmasına və tullantı vaqonetlərinin düzgün növlərindən istifadəyə; tullantıların minimuma endirilməsinin əsasları və strategiyalarına dair təlim kursları keçirilmişdir.

Bütün subpodratçılardan tələb olunur ki, tullantıların idarə olunması proqramının tələblərinə əməl etsinlər və bu məqsədlə onlar üçün təlim kursları təşkil edilir. Son 5 il ərzində BOS Şelf şirkətinin əməliyyatları üzrə heç bir uyğunsuzluq hesabatı daxil olmamışdır, bu isə şirkətin Azərbaycanda mühüm və uğurlu nailiyyətinin göstəricisidir.

GƏLƏCƏK MƏSƏLƏLƏR

Beynəlxalq təşkilatçılıq və dəstəyin köməyi ilə təcrübəli çoxmillətli idarəetmə heyətini və texniki layihələndirmə və təchizat sahəsi başda olmaqla,  təxminən 3000 nəfərdən ibarət yaxşı təlimləndirilmiş işçi qüvvəsini bir araya gətirən BOS Şelf şirkəti neft-qaz sənayesində mühəndislik, təchizat, inşaat və istismara buraxma (EPIC) layihələrini uğurla yerinə yetirmək imkanına və qabiliyyətinə malikdir. Bunun sayəsində şirkət Azərbaycanda və Xəzər dənizinin digər regionlarında ən böyük podrat müqavilələrində aparıcı mövqe tuta bilir. BOS Şelf hazırda bütün potensial sifarişçilərə real layihə üstünlükləri təklif etməklə həm ölkə, həm də dünya səviyyəsində öz imkanlarının genişləndirilməsi üçün çalışır.  

Beynəlxalq sifarişçilər üçün dayaq özülü və üst tikililərin vaxtında və büdcə çərçivəsində başa çatdırılması kimi keçmiş uğurlarımız böyük miqyaslı layihələri də həyata keçirmək imkanlarının reallığını təsdiq edir.  

BOS Şelf şirkəti işçilərin, xüsusilə yerli işçilərin əsasən fəal təlim və təhsil proqramı vasitəsilə bacarıqlarının və təhsilinin təkmilləşdirilməsi strategiyasını davam etdirmək əzmindədir.  Bundan başqa, əməyin təhlükəsizliyi şirkətin əsas məqsədi, “sıfır bədən xəsarəti” isə onun əsas hədəfi olaraq qalmaqdadır.

Bu mənada şirkətin ən mühüm öhdəliklərindən biri hər gün hər bir işçinin təhlükəsiz və sağlam vəziyyətdə öz evinə qayıtmasına zəmanət verməkdir. Şirkətin fəaliyyət göstərdiyi cəmiyyətdə fəal iştirak strategiyasına uyğun olaraq, o, uzun müddətli bir dəyər yaratmaq və ən yaxın gələcəkdə yüksək məqsədlərə nail olmağa qərarlıdır.