Bakı Dərin Özüllər Zavodu ərazisinin tarixçəsi

60-cı illərin sonunda neft hasilatı öz güclü inkişaf mərhələsinə yetişdi.

“BU ZAVOD AZƏRBAYCANDA 25 İL BUNDAN ƏVVƏL İNŞA EDİLMƏSƏYDİ, BU LAYİHƏLƏR BU CÜR UĞURLA YERİNƏ YETİRİLƏ BİLMƏZDİ.”

İ. ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

24.11.2003

60-cı illərin sonunda neft hasilatı öz güclü inkişaf mərhələsinə yetişdi. Xəzər dənizinin Azərbaycan sektorunda yerinə yetirilən geoloji kəşfiyyat işləri sayəsində dənizin 100 m-dən dərin olan hissələrində böyük neft ehtiyatlarının mövcudluğu aşkarlandı. Bu cür dərinliklərdə yerləşən yataqların işlənməsi stasionar dəniz platformaları üçün dayaq konstruksiyaları istehsal edən zavodun inşasını zəruri edirdi. Ümummilli liderimizHeydər Əliyevin şəxsi təşəbbüsü və təkidi ilə SSRİ Nazirlər Şurası tərəfindən dərin sulu konstruksiyalar üçün dayaq hissələrini istehsal edən zavodun inşa edilməsi haqqında 19 iyul 1974-cü il tarixində 589 saylı qərar qəbul olundu.

Bakı Dərin Özüllər Zavodunun inşası 1978-ci ildə başladı.

Bu kompleksin həm respublika, həm də bütün ittifaq üçün məxsusi əhəmiyyətini nəzərə alaraq layihənin ilk günlərindən etibarən ixtisaslaşdırılmış baş qərargah təsis edildi.

  1. Əliyevin qayğısı və şəxsi nəzarəti sayəsində Bakı Dərin Özüllər Zavodunun istehsalat obyektlərinin birinci qrupu çox qısa müddətdə, yəni 1984-cü ildə istismara buraxıldı.

İlkin formada zavod dörd zonadan ibarət idi:

1-ci ZONA: Zavodun texniki layihələndirmə – inzibati binası, mərkəzi laboratoriya, klub və yeməkxanası.

2-ci ZONA: Əsas istehsalat binaları və qurğuları – boru prokatı və qaynağı, ucluq hazırlanması, rəngləmə və platformanın üst hissəsini yığma sexləri, təmir və texniki yardım sexi, polad anbarı və s.

3-cü ZONA: stapellər, yığma və quraşdırma sahələri

4-cü ZONA: Anbarlar, enerji təchizatı qurğuları

Zavodun ümumi sahəsi 315, 57 hektar, sahilyanı ərazisi – 200 hektar təşkil edirdi.

Sexlər, binalar və tikililərin ümumi sahəsi: 193722 m2 idi, o cümlədən:

– İstehsalat sexləri– 137320 m2
– Açıq ərazidə quraşdırma sahələri – 18800 m2
– Köməkçi sexlər – 20882 m2
– Zavod anbarları – 16720 m2

Müəssisə hərtərəfli istehsalat imkanlarına malik idi və burada müxtəlif dayaq blokları və özüllərin quraşdırılması, habelə dənizin 200 m-ə qədər dərinliyində platformaların üst hissələrinin hazırlanması üçün istənilən şərait mövcud idi.

Bundan əlavə, zavod yüksək keyfiyyətli qaynaq elektrodları istehsal edir və boru rəngləmə işlərini yerinə yetirirdi. Hələ istehsalat fəaliyyətinə başladığı ilk vaxtlardan zavodun stapelləri (cəmi 420 metr uzunluğunda 4 stapel) stasionar dəniz platforması özüllərinin yüksək keyfiyyətlə yığılması və suya buraxılması üçün bütün imkanlara və şəraitə malik idi.

1984-cü ildən başlayaraq dənizin 200 metrə qədər dərinliyində stasionar dəniz platformalarının quraşdırılmasıBakı Dərin Özüllər Zavodunun stapellərində həyata keçirilir.

Ötən dövr ərzində, yəni “Əsrin müqaviləsi” imzalanana qədər Bakı Dərin Özüllər Zavodunda dənizin 100-153 metr dərinlikləri üçün 10 ədəd stasionar dəniz platforması quraşdırılmış və dənizə buraxılmışdır.

4 ədəd stasionar dəniz platforması
Günəşli yatağı üçün 5 ədəd dayaq özülü
Çıraq yatağı üçün 1  ədəd dayaq özülü

SSRİ-nin süqutu, Azərbaycanın digər regionlarla iqtisadi əlaqələrinin pozulması və tikinti işlərinin maliyyələşdirilməsinin dayandırılması nəticəsində 1992 – 1994-cü illərdə ölkə iqtisadiyyatının digər sahələrində olduğu kimi neft sənayesi sahəsində də böyük iqtisadi böhran baş verdi.

“Əsrin müqaviləsi” yeni neft strategiyasının ayrılmaz hissəsinə çevrildi.

20 sentyabr 1994-cü il tarixində Gülüstan sarayında dünyanın 7 ölkəsini təmsil edən 11 nəhəng neft şirkəti (“Amoco” , “Unocal”, “Pennzoil”, “Exxon”, “British Petroleum”, “Ramco”, “Lukoil”, “Statoil”, “Turk Petrollari”, “Delta” və “Itochu”) ilə imzalanan “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafının təmin edilməsində aparıcı rol oynadı. Həmin tarixi gündən sonrakı dövrdə dünyanın 43 ölkəsi ilə imzalanan 27 neft-qaz müqaviləsi Azərbaycanı dünya miqyaslı enerji layihələri mərkəzlərindən birinə çevirdi, ölkəmizin iqtisadi qüdrətini təmin etdi və onun beynəlxalq nüfuzunu yüksəltdi.

Əsrin müqaviləsi çox qısa müddət ərzində bir həqiqətə çevrildi. Erkən neftin hasil edilməsi və dünya bazarına nəql edilməsi böyük tarixi hadisə idi.

Çoxsaylı neft-qaz yatağı aşkarlandı. Xarici neft şirkətlərinin vəsaitləri və imkanları ölkə iqtisadiyyatının inkişafına cəlb olundu.

“Əsrin müqaviləsi”nin imzalanması nəticəsində Bakı Dərin Özüllər Zavodunun tarixində yeni səhifə açıldı, zavodun fəaliyyəti yenidən canlandı. Müqavilə imzalandıqdan sonra müqavilə tələblərini ödəmək üçün bütün zəruri hazırlıq işləri başladıldı.

_HAR(3)

 

Müasir neftayırma qurğuları və ağır tonnajlı kran gəmiləri, habelə “Dədə Qorqud”, “İstiqlal” və “Qurtuluş” kimi üzən qazma qurğuları istismara buraxıldı.

Bakı Dərin Özüllər Zavodu Xəzər neft yataqlarının tam işlənməsinin 1, 2 və 3-cü mərhələlərinə aid olan layihələrdə daha böyük uğur əldə etməklə “Əsrin müqaviləsi”nin həyata keçirilməsində öz təqdirəlayiq yerini tutdu.

Xarici neft şirkətləri və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və 500 milyon tondan çox neft ehtiyatına malik olduğu ehtimal edilən Azəri və Çıraq yataqlarının birgə işlənməsi haqqında hasilat bölgüsü sazişi imzalandı.

2001-ci ilin üçüncü rübündə “Əsrin müqaviləsi” öz həlledici mərhələsinə qədəm qoydu. Azəri və Çıraq yataqlarına, habelə Günəşli yatağının böyük hissəsinə dair fəaliyyət proqramı 30 avqust 2001-ci ildə işlənib hazırlandı və onun birinci mərhələsinin – “1-ci mərhələ” layihəsinin başladılmasına dair qərar qəbul olundu.

Bu qərar qəbul olunduqdan sonra xarici neft şirkətləri Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun layihələndirmə imkanlarından yaxşı xəbərdar olduqlarına görə bu zavoda müraciət etdilər. Əsrin müqaviləsinin 1, 2 və 3-cü mərhələlərinə uyğun olaraq nəhəng konstruksiyaların quraşdırılması iki quraşdırma meydançasında yerinə yetirildi.

Dayaq özüllərinin quraşdırılması Bakı Dərin Özüllər Zavodu və “Star Gulf FZCO” şirkəti  tərəfindən təsis edilən “BOS Şelf” MMC adlı birgə müəssisə ilə əməkdaşlıq sayəsində uğurlu şəkildə yerinə yetirildi. “BOS Şelf” şirkətiBakı Dərin Özüllər Zavodu ərazisində öz fəaliyyətini 2011-ci ildə başlatdı və o vaxtdan bəri Xəzər dənizinin ən böyük obyektlərindən birinə çevrilmişdir. 2001-ci ildə başladılmış böyük həcmli işlər 2007-ci ilin sonunda başa çatdırıldı. İndi şirkət Azərbaycanda ən böyük istehsalat sexlərinə malikdir. Sexlərdə və quraşdırma meydançasında olan bütün avadanlıqlar “BOS Şelf” şirkəti tərəfindən yeniləmişdir.

Məhz “Əsrin müqaviləsi”nin imzalandığı gündə bütün bu nailiyyətlərin əsası qoyuldu.

Prezident Heydər Əliyev bu tarixi günün əhəmiyyətini nəzərə alaraq özünün 16 avqust 2001-ci il tarixli fərmanını imzaladı və həmin fərmana uyğun olaraq hər il 20 sentyabr tarixi Azərbaycan neftçilərinin peşə bayramı kimi qeyd olunur.