Davamlı inkişaf

Davamlı inkişaf

Cənab İxtiyar Axundov
Baş Direktor

Mən şadam ki, BOS Şelf birgə müəssisəsinin davamlı inkişaf strategiyası şirkətin, hələ 2001-ci ildə – fəaliyyətinin başlanğıcında rəsmiləşdirdiyi və hazırda da inkişaf etdirdiyi strategiyası ilə yaxından əlaqəlidir.

Fəaliyyətə başladığı ilk gündən şirkət məhsuldarlığını yüksəltmək, işçilərinin rifahını yaxşılaşdırmaq və yaşadığımız, çalışdığımız ətraf-mühiti qorumaq üçün bir çox imkanlardan yararlanır. Mən bugün də bu tərz düşüncə və fəaliyyətin şirkətə daha yüksək nailiyyətlər qazandıracağına inanıram və biz hələ ki sərhəddi keçməmişik…

Yerli bir şirkət olaraq, BOS Şelf yerli dəyərlərə, yerli məzmunları yaxından tədqiq edərək onlarla uyğunlaşmağa və uzlaşmağa; yerli işçilərin təlim keçməsinə və onların cəlb edilməsinə; yerli müəssisələrlə əməkdaşlığa; yerli cəmiyyətə yardım göstərilməsinə böyük önəm verir.  Biz fəaliyyət göstərdiyimiz cəmiyyətin üzvləriyik və həyata keçirdiyimiz əməliyyatlarla əlaqədar olan hər bir sektorun inkişafına bacardığımız qədər töhfə verməyə çalışırıq.

İşimizin təbiəti hər zaman layihələrin icrası əsnasında sosial və ekoloji amillərə diqqətlə yanaşmağı tələb edir. Bu hərtərəfli yanaşmanın sayəsində biz keçmiş layihələrimizdə uğur qazanmağa müvəffəq olmuşuq və bügün sifarişçilərimizə daha təkmil xidmət göstərmək və möhtəşəm nəticələr əldə etməkdə qərarlıyıq.

BOS Şelf “Davamlı inkişaf strategiyası”na davam etmək əzmindədir və mən əminəm ki, bu strategiya gələcək illərdə də şirkətin Azərbaycanda sağlam və fasiləsiz inkişafına kömək edəcək.


DAVAMLI İNKİŞAF STRATEGİYASI

BOS Şelf şirkəti hesab edir ki, bütün səhmdarlarla dürüst, səmimi və əməkdaşlıq səciyyəli münasibətlər şirkətin həyata keçirdiyi hər bir mürəkkəb layihədə uğur qazanmaq üçün vacib əhəmiyyət kəsb edir. Hər bir layihənin sosial, iqtisadi və ekoloji nəticələri, habelə sifarişçi tələbatlarının ödənilməsi fasiləsiz surətdə müşahidə olunur. Şirkət həmişə yerli əhalini nəzərə alır və belə ki, işə qəbul, işçilərin təlimini təşkil edir; yerli təchizatçılar və subpodratçılarla səmərəli əməkdaşlıq edir; iqtisadi və sosial dəyərlər yaradır və nəhayət infrastrukturların (məsələn, giriş yolları və ya xəstəxana, enerji generatorları və s. kimi imkanlara malik quraşdırma sahələri və s.) inşasına öz töhfəsini verir.